Alimlər insanlardan məşhur şairlərin yazdığı və ya "ChatGPT" tərəfindən yaradılan şeirlərə qiymət vermələrini təklif ediblər. Şeir müəllifi haqqında heç nə bilməyənlər arasında süni zəka birmənalı qələbə qazanıb.
Qaynarinfo xəbər verir ki, Pittsburq Universitetinin tədqiqatçıları insanların süni zəkanın yaratdığı şeirlə insan tərəfindən yazılmış şeirləri ayırd etmək qabiliyyətini yoxlayıblar və bunun üçün onlar iki eksperiment aparıblar və nəticələr "Scientific Reports”
jurnalında dərc olunub.
İlk sınaq zamanı 1634 iştirakçıya təsadüfi qaydada on şeir verilib: Uilyam Şekspir, Corc Qordon Bayron, Emili Dikinson və Tomas Sterns Eliot da daxil olmaqla on məşhur şair tərəfindən yazılmış beş şeir və "ChatGPT" (model GPT 3.5) tərəfindən bu şairlərin üslubunda yaradılan beş şeir.
İştirakçılar hansı əsərlərin insanlar tərəfindən, hansının isə süni zəka tərəfindən yazıldığını söyləməli idilər. İştirakçıların insanlar tərəfindən yaradılma ehtimalının ən az olduğunu düşündüyü beş şeir əsl şairlər tərəfindən yazılıb.
İkinci təcrübədə 696 iştirakçıdan ibarət başqa bir qrup şeirləri keyfiyyət, gözəllik, emosiya, ritm və orijinallıq kimi 14 xüsusiyyət üzrə qiymətləndirib. İştirakçılar təsadüfi qaydada üç qrupa təyin edilib. Bir qrupa şeirlərin insan tərəfindən yazıldığı, digər qrupa süni zəka tərəfindən yaradıldığı, üçüncü qrupa isə şeirin mənşəyi haqqında məlumat verilmədiyi bildirilib.
Şeirlərin süni zəka tərəfindən yaradıldığını söylənilən iştirakçılar, əsl şeiri qiymətləndirdiklərinə inananlara nisbətən daha aşağı qiymətlər veriblər. Müəlliflik haqqında heç nə deyilməyənlər süni zəkanın yaratdığı şeirləri insanların yazdığı şeirlərdən daha yaxşı qiymətləndiriblər. Araşdırma müəllifləri ehtimal edir ki, iştirakçıların süni zəkanın yaratdığı şeirlərə üstünlük verməsinin səbəbi onların görkəmli şairlərin əsərlərindən daha başa düşülən və əlçatan olmasıdır.
Nizami Bağırov
Şərhlər