Xəbər lenti

İnsanlar artıq anlasınlar ki... – Deputat Prezidentin çıxışını şərh etdi
Siyasət07:59 05.10.2020

İnsanlar artıq anlasınlar ki... – Deputat Prezidentin çıxışını şərh etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Prezidentin bütün çıxışları Azərbaycan xalqının ifadəsini əks etdirir, əhval-ruhiyyəsini ifadə edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa ölkə Prezidenti İlham Əliyevin çıxışını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan xalq da bu istiqamətdə bütün gücünü səfərbər etməlidir:

"Bütün gücümüzü ortaya qoymalıyıq ki, problemlərin daha tez anlaşılması və cəmiyyət tərəfindən həmrəylik göstərilməsi üçün cevik addımlar ata bilək.

 Prezident açıq şəkildə Azərbaycan xalqına problemin mahiyyəti ilə bağlı məsələləri söylədi. Artıq hər şey insanların özünə qalır ki, onlar dövlətin nə qədər ağır çətinliyin öhdəsindən gəldiyinin mahiyyətini basa düsünlər. İnsanlar artıq anlasınlar ki, nə qədər güclü dövlət olarsa, o vaxt torpaqlar daha tez işğaldan azad olunacaq”.

Fazil Mustafa bildirib ki, bu istiqamətdə insanlar Prezidenti birmənalı dəstəkləyir:

"Xalq bir yumruq olaraq birləşir. Biz bu istiqamətdə işimizi elə qurmalıyıq ki, Azərbaycan torpaqları tamamilə işğaldan azad olunsun”.

Bahar Rüstəmli