Xəbər lenti

İnstitut direktoru  vəfat etdi
Ölkə15:53 13.09.2024

İnstitut direktoru  vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Texniki Universitetinin (AzTU) Enerji Tədqiqatları İnstitutunun direktoru Qara Həsənov vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə AzTU-dan məlumat verilib.

Qeyd edək ki, Qara Həsənov Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) bitirib. O, 1970-2024-cü illərdə AzTU-da baş laborant, baş müəllim, dosent, dekan müavini və kafedra müdiri vəzifələrində çalışıb. 2022-ci ildən AzTU-nun Enerji Tədqiqatları İnstitutunun direktoru olub. 2011-ci ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

AzTU-nun rəhbərliyi və kollektivi Qara Həsənovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.