Xəbər lenti

İdman 11:41 20.07.2023

"İnter" kolumbiyalı ulduzun transferini açıqladı

A Seriyası nəhənglərindən olan "İnter" yeni transferini açıqlayıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan təmsilçisi "Yuventus"la müqaviləsi başa çatan kolumbiyalı yarımmüdafiəçi Xuan Kuadradonu heyətinə qatıb.

"Göy-qaralar"dan verilən açıqlamada 35 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalandığı bildirilib.

İtaliyada "Udineze", "Leççe", "Fiorentina" və "Yuventus"un formasını geyinən futbolçu İngiltərə Premyer Liqası təmsilçilərindən "Çelsi"də də çıxış edib. 2015-2016 mövsümünün əvvəlində transfer olunduğu "Yuventus"da 8 mövsüm keçirib.

Bu müddət ərzində o, "Yuventus”la beş dəfə İtaliya A Seriyasının, dörd dəfə İtaliya Kubokunun və iki dəfə İtaliya Superkubokunun qalibi adını qazanıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->