Xəbər lenti

İdman 14:57 17.04.2023

"İnter" Lukaku ilə bağlı qərarını verdi

"İnter" "Çelsi"dən icarəyə götürdüyü hücumçu Romelu Lukaku ilə bağlı qərarını verib.

Qaynarinfo xəbər verir ki, klub futbolçu ilə yollarını ayırmağı qərara alıb. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. 

Qərarın səbəbi futbolçunun bu mövsüm özünü yaxşı tərəfdən göstərə bilməməsidir. 29 yaşlı belçikalı bu mövsüm "İnter"in heyətində 24 oyunda meysdana çıxıb. Hücumçu bu oyunlar ərzində cəmi 7 qola, 2 məhsuldar ötürmə yə imza atıb.

Milan klubu isə 30 matçdan sonra 5-ci yerdədir. Həmçinin Çempionlar Liqasında yoluna davam etsə də yarışda gözlənilən performansı göstərə bilmir. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->