Xəbər lenti

"İnter Mayami"nin sahibindən Messinin transferi ilə bağlı maraqlı açıqlama
İdman13:25 02.07.2023

"İnter Mayami"nin sahibindən Messinin transferi ilə bağlı maraqlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Devid Bekhemlə birlikdə "İnter Mayami"nin ortaq sahibi olan Jorj Mas 2019-cu ildən argentinalı Lionel Messini komandaya dəvət etmək barədə düşünməyə başladığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "El Pais" məlumat yayıb.
"2019-cu ildə biz onu dünya səviyyəli böyüyən şəhər olan Mayamiyə necə gətirə biləcəyimizi düşünməyə başladıq. Biz istəyirik ki, insanlar Amerikada futbol haqqında düşünəndə Mayami haqqında düşünsünlər”, deyə Mas bildirib.
İyunun 3-də Messi Fransa çempionatının 38-ci turunda "Klermon"a qarşı meydana daxil olaraq PSJ-nin forması ilə son matçına çıxıb. Futbolçunun parislilərlə müqaviləsi iyunda başa çatıb və o, azad agent kimi "İnter Mayami"yə keçib.
Aydın