Xəbər lenti

İdman 17:41 25.06.2023

“İnter” və “Əl-Nasr” Brozoviçin transferi ilə bağlı razılığa gəldi

"İnter” və Səudiyyə Ərəbistanının "Əl-Nasr” klubları Marselo Brozoviçin transferi ilə bağlı razılığa gəliblər.

Qaynarinfo xəbər verir ki, jurnalist Canluka Di Martsionun sözlərinə görə, bazar ertəsi klublar müqaviləni bağlamalıdırlar. "Əl-Nasr” "İnter"ə təxminən 23 milyon avro ödəyəcək.

Səudiyyə klubu ilə müqaviləyə əsasən, Brozoviç ildə 20 milyon avro maaş alacaq. Onunla 3 illik müqavilənin bağlanacağı güman edilir.
Xorvatiyalının "İnter"lə müqaviləsi 2026-cı ilə qədər hesablanıb və ona görə, o, hər il vergilər çıxmadan 12 milyon avro alıb.

Daha əvvəl "Barselona"nın Brozoviçə iddialı olduğu bildirilirdi.

Marselo 2016-cı ilin yayından "İnter"də çıxış edir. O, klubda 330 oyun keçirib və onunla İtaliya çempionluğunu, həmçinin İtaliya Kuboku və Superkubokunda iki qələbə qazanıb və 2022/23 Çempionlar Liqasının finalına yüksəlib, burada "İnter” "Mançester Siti”yə uduzub.

Brozoviç ötən mövsüm "İnter"in heyətində 40 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə edib və 10 sarı vərəqə alıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->