Xəbər lenti

İntiqam Əliyev məhkəmədə çıxış etdi
Siyasət10:22 23.01.2015

İntiqam Əliyev məhkəmədə çıxış etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bu həbslər bizim mübarizəmizin bir hissəsidir”

Yanvarın 23-də vicdan məhbusu İntiqam Əliyevin növbəti məhkəmə prosesi keçirilib. Prosesdə müdafiə tərəfi bir neçə vəsatət qaldırıb, lakin onlardan heç biri təmin olunmayıb.

Vəsatətlərdən biri İntiqam Əliyevin zaldakı dəmir qəfəsdən çıxarılıb, vəkilləri yanında oturması barədə olub. İntiqam Əliyev də məhkəmə zalında dəmir qəfəsə salınmasına etiraz edib. Lakin məhkəmə bunu nəzərə almayıb.

İntiqam Əliyev həbsini ölkədə aparılan siyasi həbslərin tərkib hissəsi adlandırıb. “Bu həbslər bizim mübarizəmizin bir hissəsidir. Biz azad insanlarıq. Azad insanlar üçün habsxana ilə həbsxanadan kənarda olmağın fərqi ola bilməz. Mübarizəmiz bu şəraitdə də davam edir. Mən həbsimdən əvvəl Praqada idim. Bakıya dönən kimi həbs ediləcəyimi bilirdim. Ordan gəlməyə də bilərdim. Lakin gördüyünüz kimi, gəldim. Həbsdə olduğum bu müddət ərzində niyə gəlib həbsə düşdüm deyə heç heyifsilənmədim də”, - deyə İntiqam Əliyev bildirib.

İntiqam Əliyev daha sonra guya 119 min manat mənimsəməyə yol verdiyi haqda ittihamı darmadağın etdi. O, vəsatət qaldırdı ki, mənimsəmənin təsdiqi kimi təqdim olunan sənədlərdəki imzanın ona aid olub-olmadığını müəyyənləşdirmək üçün ekspertiza təyin olunsun. 

“İşdə 119 min manat mənimsəmədən söhbət gedir. Əgər o pulun 1 manatını mənimsəmişəmsə, ən axırıncı şəxs kimi cəza almağa hazıram. O vəsaitin köçürülməsi haqda sənədlərdə imzam o qədər aşkar saxtalaşdırılıb ki, istintaq onları ekspertizaya göndərməkdən belə, çəkinib. Sənədlərdən birinin guya imzalandığı tarixdə mən ümumiyyətlə ölkədə olmamışam”, - deyə İntiqam Əliyev ekspertiza tələb edib. Lakin məhkəmə onun bu vəsatətini də rədd edib.

İntiqam Əliyev məhkəmə gətirilərkən üzləşdiyi qeyr-insani vəziyyət barədə də məlumat verib. Bildirib ki, məhkəməyə gətirilərkən onu soyundurub yoxlayırlar. “Əslində bunu demək ayıbdır, amma buna görə biz yox, bu şəraiti yaradan hakimiyyət utanmalıdır”, - deyə o əlavə edib.

İntiqam Əliyev onu da bildirib ki, məhkəməyə 9 nəfərlik maşında 11 nəfərlə, üstəlik içəridə quraşdırılmış ayrıca tabuta bənzəyən bir yerə salınaraq gətirilir. Maşında ciddi havasızlıq olur. Dustaqlar havasızlıqdan hətta qaytarmalı da olurlar.

Növbəti proses fevralın 3-nə təyin olunub. //azadliq.info

Qaynar.info