Xəbər lenti

“İntiqam Əliyevin azadlığa buraxılması müsbət irəliləyişdir” - Avropa Birliyi
Siyasət17:41 28.03.2016

“İntiqam Əliyevin azadlığa buraxılması müsbət irəliləyişdir” - Avropa Birliyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Son iki ilini həbsxanada keçirən insan haqları üzrə vəkil İntiqam Əliyevin azadlığa buraxılması qərarı bu ayın əvvəlində siyasi partiya üzvləri, QHT nümayəndələri və jurnalistlərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamından sonra Azərbaycanda daha bir müsbət irəliləyişdir.
Qaynar.info apa-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı xarici siyasət idarəsinin bəyanatında deyilir.
Sənəddə qeyd olunur ki, bu addımlar uzun müddətdir gözlənilirdi: "Bunu BMT-nin, ATƏT-in üzvü olan Azərbaycanın götürdüyü öhdəliklər tələb edir.  Azad vətəndaş cəmiyyəti ölkənin rifahı və sabitliyi üçün vacib töhfə yaradır". 
Qaynar.info