Xəbər lenti

İntiqam Əliyevin məhkəməsində əlbəayaxa dava baş verib - FOTOLAR
Siyasət10:02 03.03.2015

İntiqam Əliyevin məhkəməsində əlbəayaxa dava baş verib - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesi zərərçəkmiş Gülşən Orucovanın İntiqam Əliyevin vəkillərinin suallarına cavab verməsi ilə başladı. Zərərçəkən əksər suallara cavab verə bilmədiyindən hakim onlardan bəzilərini əngəlləyirdi. 

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, məhkəmə prosesində zərərçəkənin hüquqi nümayəndəsi Nemət Heydərovla müdafiə tərəfinin vəkilləri arasında əlbəyaxa qarşıdurma baş verib. Polislər və İntiqam Əliyev baş verənlərə müdaxilə etmək məcburiyyətində qalıb. 

Davaya səbəb hüquqi nümayəndənin zərərçəkmişə hər suala cavabda kömək etməsi olub. Yaranmış gərginlikdən sonra hakim vəkillərin suallarını yarımçıq kəsib.

İntiqam Əliyev məhkəmə prosesinin gedişi zamanı baş verənlərə "Məni ifşa edin, bacarırsınızsa ifşa edin!" replikasıyla reaksiya verib. 

İntiqam Əliyevin məhkəmə prosesində saat 14:30-a qədər fasilə elan edilib.

Qaynar.info