Xəbər lenti

İntiqam Əliyevlə bağlı vəsatət təmin edildi
Siyasət09:44 03.02.2015

İntiqam Əliyevlə bağlı vəsatət təmin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin barmaqlıqlar arxasından çıxarılaraq vəkillərinin yanında əyləşməsi təmin edilib. Bundan sonra təqsirləndirilən şəxsin vəkili Fəxrəddin Mehdiyev İntiqam Əliyev barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər vəsatəti təmin etməyib.

Vəkillər İntiqam Əliyevin səhhəti ilə əlaqədar daha əlverişli maşınla məhkəməyə gətirilməsi ilə bağlı vəsatət verib. Hakimlər kollegiyası vəsatəti qəbul edib və məhkəmə tərəfindən Penitensiar Xidmətin rəhbərliyinə müraciət ediləcəyi bildirilib.

Qeyd edək ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) , 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Qaynar.info