Xəbər lenti

iPad və iPhone üçün yeni Azərbaycan dili klaviaturası - Pulsuz
Ekonomiks13:42 09.10.2014

iPad və iPhone üçün yeni Azərbaycan dili klaviaturası - Pulsuz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

iOS 8 üçün Azərbaycan klaviaturası Azərbaycanlı olmayan developerlər tərəfindən hazırlanıb.

Qaynar.info Technimum.com-a istinadən xəbər verir ki, klaviatura pullu idi. Əldə etmək üçün 0.99 dollar ödəmək lazım gəlirdi.

Bu gündən etibarən App Store yeni Azərbaycan klaviaturası yerini aldı. Siz App Store-da "Azerbaijan Keyboard" yazaraq da tətbiqi axtara bilərsiniz.

Tətbiq Labrin komandası tərəfindən Yüksək Texnologiyalar Parkının, Biznes İnkubasiya Mərkəzində hazırlanmışdır. Dünən qeyd etdiyimiz tətbiqdәn fərqli olaraq isə App Store-dan pulsuz olaraq endirmək mümkündür. Qeyd edək ki, komanda daha əvvəl də Android telefonlar üçün Azərbaycan klaviaturası hazırlamışdı.

Azerbaijan Keyboard tətbiqi ilkin versiya ilə App Store-da yerini alıb. Çox qısa müddət ərzində tətbiqin daha sürətli və istifadəçilərin şərhləri nəticəsində olan düzəlişləri edilmiş versiyası ilə yenilənəcək.

Qaynar.info