ABŞ-ın Apple korporasiyası YouTube-dakı rəsmi kanalında Yer Günü münasibətilə yeni video yayıb.
Köhnə iPhone smartfonlarının emalı üçün yaradılmış Liam robotu videoda "Siri" səsli köməkçi ilə ünsiyyət qurub.
Bu videoda iPhone 7 də göstərilib.
iPhone 7 smartfonunun rəsmi təqdimatı bu payızda olacaq. Videoda Siri Liam-dan Yer Günü münasibətilə nə etdiyini soruşur. Robot da cavabında sanki çiyinlərini çəkir və "ünsiyyət"də olduğu smartfonu emala yollayır.
Yer Günü ənənəvi olaraq aprelin 22-də qeyd olunur. Bu gündə müxtəlif ekoloji tədbirlər və aksiyalar keçirilir.(milli.az)