Xəbər lenti

İpoteka krediti verən bankların sayı 26-dan 8-ə düşdü - SİYAHI
Ekonomiks15:32 04.11.2016

İpoteka krediti verən bankların sayı 26-dan 8-ə düşdü - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə ipoteka krediti verən bankların sayı 26-dan 8-ə düşüb. 

Bu barədə Trend-ə Fonddan məlumat verilib.

İndi AİF-in səlahiyyətli bankları qismində Xalq Bank, AGBank, PAŞA Bank, Bank Avrasiya, Kapital Bank, Bank BTB, NBC Bank və Azər Türk Bank iştirak edir.

İpoteka krediti verən bankların sayının azalma səbəbləri açıqlanmayıb.

Bundan başqa, AİF 2 qiymətləndirmə təşkilatı və 4 sığorta təşkilatı ilə çalışacaq. Əvvəl bu göstərici, müvafiq olaraq, 16 və 18-ə bərabər idi.

Qaynarinfo.Az