
“Ötən həftə xarici işlər nazirinin, müdafiə nazirinin, daxili işlər nazirinin gəlib burada hesabat verməsini xahiş etmişdim. Qanunda da göstərilir ki, baş nazirə digər nazirliklər tabedir. Orduda baş verənlərlə bağlı hökumət suallarımıza cavab verməli idi”.
Qaynar.info-nun məlumatına görə, bunu deputat İqbal Ağazadə parlamentdə çıxışı zamanı deyib.
İ.Ağazadə bildirib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna da əməl edilimir: “Aksiyaların keçirilməsi üçün yerlər ayrılmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edəndə yalnız “20-ci sahə”ni göstərir. BŞİH alternativ yerləri göstəribmi? Razılaşdırılmış aksiyalar üçün niyə yerlər ayrılmır? Bunlara cavab verilməli idi”.
Deputat qeyd edib ki, kənd təsərrüfatının inkişafı istiqamətindən ciddi işlər aparılmalıdır: “Kənd təssürafatının və bu sahə ilə məşğul olan insanlara dəstək verməlidir. Ərzaq təhlükəsizliyi ilə xeyli problem var. Hesabat yazılanda nədənsə hökumət sahibkarlığı da oraya daxil edir. Məsələn, nə qədər mebel, metal hazırlayan obyektlər xeyli məhsul istehsal edirlər. Bunlara əgər güzəştli kreditlər ayrılmırsa, bu işlərdən hökumətə nə dəxli var. Özləri işləyib pul qazanırlar. Bütün bunlara görə hökumətin hesabatını qənaətbəxş hesab etmirəm”.
İlkin