
"Ümid" Partiyası sədrinin daha bir müavini istefa verib.
Teref.infonun əldə etdiyi məlumata görə "Ümüd" Partiyasından İqbal Ağazadənin müavini Aynur İmranovadan sonra partiyanın gənclər təşkilatının sədri, İqbal Ağazadənin gənclərlə iş üzrə müavini Ruslan İzzətli və onun ətrafında təşkilatlanmış 300 nəfərə qədər gənc "Ümid" Partiyasından istefa veriblər.
Bir qədər əvvəl partiyanın sədri prezident İlham Əliyevi seçkidə çaldığı qələbə münasibəti ilə təbrik etmişdi.
Məlumat verən mənbənin sözlərinə görə bu istefalar hələ axırıncı deyil və partiya sədrinin tutduğu mövqeyə görə hələ yeni istefalar gözlənilir.
***
Ruslan İzzətli Qaynar.info-ya açıqlamasında bildirdi ki, onun istefa verməsinin səbəbi partiya sədri İqbal Ağazadənin seçkilərin nəticəsini tanımasıdır: "Mən partiya sədrinin müavini kimi istefa verdim. Çünki "Ümid" Partiyası böyük bir yanlışlığa yol verdi və Azərbaycan tarixində saxta seçkilər kimi yaddaqalacaq seçkilərin nəticələrini tanıdı".
Ruslan İzzətli həmçinin bildirib ki, onunla birgə "Ümid" Partiyasının Gənclər Təşkilatının sədri Elvin Camalov da istefa verib.
Qaynar.info