Xəbər lenti

Siyasət 16:41 15.06.2023

İqbal Ağazadədən gözlənilməz açıqlama - Namizəd olmaya bilər

Ümid Partiyası qurultaya hazırlaşır.

Bu barədə Qaynarinfo-ya partiyanın sədri İqbal Ağazadə bildirib. Sədr partiyanın növbəti qurultayının iyunun 17-də keçiriləcəyini deyib.

Qurultay "Ümid"in qərargahında baş tutacaq. 

"Partiyanın sədri vəzifəsinə kimlər namizəddir" sualına İqbal Ağazadə belə cavab verib:

"Bunu qurultay müəyyən edəcək. Bilmirəm hələ mən namizəd olacam, ya yox. Hələ heç bilmək olmaz. Namizəd olmaya da bilərəm". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->