Xəbər lenti

İqtisadçıdan bədbin proqnoz: "Dünya çətin iqtisadi böhran fazasına daxil olur"
Ekonomiks05:55 08.07.2022

İqtisadçıdan bədbin proqnoz: "Dünya çətin iqtisadi böhran fazasına daxil olur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qlobal iqtisadi böhran riski daha da artmaqdadır. Bir tərəfdən, bir sıra inkişaf etmiş ölkələrdə COVİD-19 virusuna yoluxma sayında yenidən artımlar var, digər tərəfdən Rusiya-Ukrayna müharibəsi Avrozona daxil olmaqla əksər aparıcı dövlətlərinin iqtisadiyyatına təsirsiz ötüşmür”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, bu arada neft bazarı da qlobal risklərə reaksiyasız qalmır:
"Qara qızıl” iyul ayı başladıqdan sonra 6 faizə yaxın dəyər itirib. Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunur”.
Deputat avronun da kəskin ucuzlaşdığını vurğulayıb:
"Ukraynda savaş başladıqdan sonra avro 10 faiz ucuzlaşıb. Son 1 ildə isə Avropa pulu 19 faizdən çox dəyər itirib. Göründyü kimi, valyuta bazarlarında da qeyri-stabillik davam edir. Qlobal iqtisadi tənəzzül və tərəddüdlər, o cümlədən bazarlardakı volatillik növbəti aylarda da davam edəcək”.
Vüqar Bayramov əlavə edib ki, Rusiya-Ukrayna müharibəsinin uzanacağı halda qlobal böhran təhlükəsi daha da güclənəcək:
"Dünya heç də asan olmayan iqtisadi fazaya daxil olur”.
Bahar Rüstəmli