Xəbər lenti

İqtisadi İnkişaf Nazirliyi məhkəməyə verildi
Ekonomiks06:16 02.10.2013

İqtisadi İnkişaf Nazirliyi məhkəməyə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Babək prospektində fəaliyyət göstərən “Val-Mart” MMC İqtisadi İnkişaf Nazirliyi tərəfindən bu şirkətə qarşı kəsdiyi cəzanın ləğv olunmasını istəyir. 

Şirkət bununla bağlı apelyasiya şikayəti verib.

Belə ki, İqtisadi İnkişaf Nazirliyi “Val-Mart” MMC-yə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyini aşkarlayıb. Buna görə də müddəti ötmüş malları satışdan çıxararaq məhv edib və “Val-Mart” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə əsasən cərimələyib.

MMC-nin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq./Hüquq.TV/