Xəbər lenti

İqtisadi model qurmaq mümkün deyil - Ekspert
Ekonomiks10:05 21.09.2016

İqtisadi model qurmaq mümkün deyil - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Təhsilin sürətlə geri getdiyi, effektiv, şəffaf və hesabatlı idarəetmənin formalaşdırılmadığı, azad sahibkarlıq mühitinin yaradılmadığı, resursların ədalətsiz və qeyri-bərabər bölüşdürldüyü ölkədə yüksək texnoloji məhsulların istehsalına əsaslanan iqtisadi model qurmaq mümkün deyil". 

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev öz şərhində deyib.

Rövşən Ağayev bildirib ki, Azərbaycan iqtisadiyyatının durumunu obyektiv və peşəkar təhlil etmək imkanı olan mütəxəssislərin ölkənin postneft erasında düşəcəyi vəziyyəti təsəvvür etmək problemi olmayıb: "İnkişaf etmiş ölkələr nəyi ixrac edir? Ağlı, zəkanı, texnologiyanı ixrac edir. Maşınlar, mexanizmlər, dəzgahlar, müasir texnologiyalar ixrac olunur və o ölkələr bununla da çox inkişaf edir. Biz nə ixrac edə bilərik? Hələ ki biz texnologiya ixrac də bilmirik və yəqin ki, edə bilməyəcəyik. O böyük dövlətlərlə ayaqlaşmaq mümkün deyil. Onların texnoloji inkişafla, tərəqqi ilə bağlı minlərlə beyin mərkəzləri var. Ən mütərəqqi, qabaqcıl alimlər, Nobel mükafatı laureatları işləyir".

Ekspert qeyd edib ki, Estoniya kimi çox kiçik (əhalisi bizdən 8.5 dəfə az) ölkənin ixracının strukturuna baxanda balaca ölkələrin də texnolioji məhsullar ixrac etmək imkanı olduğunu görmək mümkündür: "Məsələn, Estoniyanın ixracında yüksək texnoloji sinfə aid məhsuların payı 13%, yüksək-orta texnoloji məhsulların payı 37%, orta-aşağı təsnifata malik məhsulların payı 8%, aşağı texnolji qrupa aid məhsulların payı isı 42%-dir".

Rövşən Ağayev vurğulayıb ki, beynəlxalq statistikada məhsullar texnoliji səviyyəsinə görə 4 qrupa ayrılır: "Yüksək, orta yüksək, orta aşağı və aşağı texnoloji məhsullar. Məsələn, hava gəmiləri, təməl əzcaçılıq məhsulları, bilgisayarın və yüksək dəqiqlikli cihazaların istehsalı yüksək texnolji qrupa aiddir, avtomobil, silah, yüksək dəqiqlikli cihazlara aid olmayan digər elektronika məshulları, kimya sənayesi məhsulları orta-yüksək qrupa aiddir, metal sənayesi məmulatları, gəmilərin istehsalı, saflaşdırılmış neftdən alınan emal məhsulları orta-aşağı texnolji qrupa aiddir, qida (tütn və içkilər də daxil), tekstil, geyim və dəri sənayesi məshsulları, mebel sənayesi isə aşağı texnoliji qrupa aiddir".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az