Xəbər lenti

İqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyət yüngülləşəcək
Ölkə14:14 01.05.2016

İqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyət yüngülləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyət yüngülləşdiriləcək.
Qaynarinfo.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.
Milli Fəaliyyət Planına əsasən Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi 2016-2017-ci illərdə iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminalaşdırılması ilə əlaqədar qanunvericilik və digər tədbirlərin görülməsini təmin etməlidir. Milli Məclis, Baş Prokurorluğa da bu tədbirlərin həyata keçirilməsinə dəstək vermək tövsiyə edilib.
Qaynarinfo.az