Xəbər lenti

İradə: “Deyirdilər, ərini pulla saxlayır”
Maqazin09:20 02.06.2016

İradə: “Deyirdilər, ərini pulla saxlayır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

7 il öncə tanınmış müğənni İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzzətlə ailə həyatı quranda bir çox söz-söhbətlər yayılmışdı. 

Qaynarinfo.az xəbər verir ki, bəziləri bu evliliyin bir il müddətində bitəcəyini proqnozlaşdıraraq, bu nikahın saxta olduğunu deyirdi. Lakin İbrahimova bütün bu söz-söhbətlərə bir dəfəlik son qoydu:

“Evləndiyimiz zaman o qədər gərgin anlar yaşamışdıq. Hər gün yeni bir şaiyə çıxırdı. Bir çoxları deyirdi ki, İradə ərini pulla saxlayıb. Hətta ona kirayə götürülmüş ər adı vermişdilər. Hər halda bütün bu şaiyələr öz təsdiqini tapmadı,tapa bilməzdi. Mən onunla çox xoşbəxtəm, övladlarımız və onların tərbiyəsi ilə məşğuluq. Biz belə şeylərə ancaq gülüb keçirik və artıq önəmsəmirik”.

Qaynarinfo.az