İran qonşu dövlətlərin, o cümlədən Azərbaycanın ərazilərində maraqlı deyil.
Qaynarinfo "Mehr”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
O, ötən ay Ermənistana səfər etdiyini, daha sonra isə Ermənistanın baş nazirinin Tehrana səfər etdiyini, bununla bağlı bəzi Azərbaycan KİV-lərinin bu səfərlərə qeyri-proporsional reaksiya verdiyini xatırladıb.
"Biz Azərbaycan və Ermənistanı İranın iki qonşusu hesab edirik və bir tərəflə münasibətlərimizi digər tərəfin hesabına qurmuruq”, - deyə o əlavə edib ki, region ölkələri ilə qonşuluq və münasibətlərin inkişafı siyasəti İranın prioritetdir: "Bizi qonşu dövlətlərin, o cümlədən Azərbaycanın torpaqları maraqlandırmır. Amma biz Qafqaz regionunun bütün aktorlarına açıq şəkildə bildirdik ki, istənilən geosiyasi dəyişikliyə İran tərəfindən müvafiq cavab veriləcək”.
Nizami Bağırov