Xəbər lenti

Siyasət 18:46 02.10.2023

"İran Bakının atdığı bu addımları həzm edə bilmir" - Ekspert

"Bəzi iranlı ekspertlərin səsləndirdiyi qeyri-obyektiv fikir və şərhlər onların hazırda regionda baş verən prosesləri həzm edə bilməmələrindən qaynaqlanır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu bir sıra iranlı ekspertlərin fikirlərini şərh edərkən deyib.

"Hazırda baş verən proseslərlə bağlı İran mediasında qeyri-obyektiv münasibətin şahidi olmaqdayıq. Təəssüf ki, İran bu sayaq tendensiyanı indi də davam etdirir. Amma İranlı bir ekspert öz təhlilində ölkəsinin son 30 illik Cənubi Qafqaz siyasətinin iflasa uğradığını da etiraf edib. O qeyd edib ki, Tehranın Ermənistanla belə münasibətlər qurmasının gələcəyi şübhəlidir. Bu da İrəvanın sürətlə Qərbə doğru meyl etmək siyasətilə bağlıdır”, deyə siyasi şərhçi bildirib.



Vüqar Zifəroğlu qeyd edib ki, belə siyasət İranın Cənubi Qafqaz maraqlarına birbaşa ziddir:

"Son bir ayda İran Azərbaycan münasibətlərində, əsasən də Tehran tərəfindən bir sıra müsbət mesajların verilməsinin şahidi olduq. Belə bir həssaz zamanda yenidən qeyri-obyektiv münasibətin sərgilənməsi müsbət heç nə vəd etmir. Bu mənada, bəzi iranlı ekspertlərin səsləndirdiyi qeyri-obyektiv fikir və şərhlər onların hazırda regionda baş verən prosesləri həzm edə bilməmələrindən qaynaqlanır".

Həmsöhbətimiz qeyd edib ki, istər Zəngəzur dəhlizi ilə bağlı, istərsə də Azərbaycanın özünün ərazi bütövlüyünü təmin etməsi ilə bağlı Bakının atdığı addımları Tehran həzm edə bilmir:

"30 illlik işğal dövründə İran həmin ərazilərlə sərhəddə bir dəfə də olsun hərbi təlimlər keçirmədi. Torpaqlarımız azad edildikdən sonra isə İran sərhəddə bir neçə dəfə hərbi təlim keçirib".

Qeyd edək ki, İran hökumətinin Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi fonunda, bu ölkənin bir sıra "ekspertləri” yenidən Tehranla Bakı arasında münasibətlərin gərginləşdirilməsinə hesablanmış məqalələr dərc etməkdə davam edirlər. Bu günlərdə İranlı ekspert Afifə Abedi ölkəsinin Cənubi Qafqaz siyasətini tənqid edərək, onun daha fəal şəkildə Ermənistanın dəstəklənməli olduğunu qeyd edib. Onun iddiasına görə, bu dəstəyin Bakıda çevriliş törətmək və ya Ermənistan tərəfdən Zəngəzurda, hətta Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak etmək şəklində olması müzakirə edilir. 

Qafqaz məsələləri üzrə ekspert Həsən Beheştipur "Ermənistanın cənubundakı Sünik vilayətinə” azərbaycanlıların hücum ehtimalından danışıb: "Belə bir hərəkət həyata keçirilərsə, bu, başqa ölkənin ərazisinin pozulması olardı”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->