Dünya 18:38 24.01.2023

İran Britaniya və Avropa İttifaqını sərt cavab sanksiyaları ilə hədələdi

İran Aİ və Böyük Britaniyanın yeni sanksiyalarını kəskin tənqid edib və yaxın gələcəkdə cavab tədbirləri elan edəcəyinə söz verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Nazirliyin sözçüsü Nasser Kanani deyib ki, Aİ və Böyük Britaniyanın yeni tədbirləri İran həqiqətlərini anlamaqda uğursuzluq nümayiş etdirir. O, sanksiyaları "çarəsizlik və məyusluq əlaməti” adlandırıb və əlavə edib ki, "Aİ və Böyük Britaniyada başa düşülür ki, bu sanksiyalar İran xalqının xarici müdaxiləyə müqavimət göstərmək əzminə təsir etməyəcək”.

Bununla əlaqədar olaraq, İranın "Aİ və Böyük Britaniyada insan haqlarını pozanlara və terroru dəstəkləyənlərə qarşı” cavab tədbirləri görmək hüququ var və bunu yaxın gələcəkdə elan edəcək, - Xarici İşlər Nazirliyi xəbərdarlıq edib.

Xatırladaq ki, ötən günlərdə Aİ Şurası bu ölkədə insan haqlarının pozulması səbəbindən İrana qarşı əlavə sanksiyaların tətbiq oldunduğunu elan edib. Həmin gün Böyük Britaniya da İrana qarşı sanksiyalar tətbiq edib.

Alpər