Xəbər lenti

Siyasət 18:20 08.04.2024

İran-Ermənistan hərbi təlimləri təklifi nəyə xidmət edir? (ŞƏRH)

"İranla Ermənistanın birgə hərbi təlimlər keçirmək fikri İrəvanı Tehranın çətiri altına sürükləməyə hesablanıb".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri deyib. Ekspert bildirib ki, Tehran dəfələrlə İrəvana birgə hərbi təlimlər keçirilməsi təklifini edib, hətta hərbi əməkdaşlıq istiqamətində konkret saziş imzalamağa hazır olduğunu da bildirib.

Natiq Miri qeyd edib ki, Paşinyan İranın bu təklifinə müsbət yanaşmır:



"Paşinyan hökuməti Tehranın istəyinin əksinə olaraq, buna getmir. Çünki bu addımın atılması Fransa istisna olmaqla Avropa İttifaqı və ABŞ-ın  geosiyasi maraqlarına tərs siyasət olardı. Belə bir qadağa səbəbindən də Paşinyan ona getmir".
 
Qeyd edək ki, erməni mətbuatına açıqlamasında iranşünas Vardan Voskanyan İranla Ermənistanın birgə hərbi təlimlər keçirməsini təklif edib. O xatırladıb ki, Ermənistanın ərazi bütövlüyü məsələsi İranın ən yüksək siyasi dailərəində "qırmızı xətt" olaraq qeyd olunub:

"Əgər Azərbaycanın Tavuş istiqamətində hücumu baş verərsə, Ermənistan-İran münasibətlərində Tehranın İrəvanla birgə hərbi əməliyyat keçirə bilməsi üçün heç bir hüquqi bazanın olmaması faktını nəzərə alsaq, texniki baxımdan İranın Ermənistana kömək etməsində çətinlikləri olacaq. Ona görə də İranın təhlükəsizlik baxımından daha böyük rol oynaya biləcəyi bir mühiti yaratmalıyıq".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?