Xəbər lenti

İran nota verdi
Siyasət09:05 01.08.2013

İran nota verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hollandiyanın İrandakı səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, buna səbəb İranın Hollandiyadakı səfirliyinin telefon danışıqlarının dinlənilməsi ilə bağlı xəbərlərin yayılmasıdır.

İran XİN holland diplomatdan məsələ ilə bağlı açıqlama tələb edib və Hollandiya rəsmilərindən mövzuya rəsmi münasibət bildirməsini istəyib. Diplomat da İranın tələblərini öz ölkəsinin diqqətinə çatdıracağını və rəsmi Tehranı məlumatlandıracağını vurğulayıb.

Qaynar.info