Xəbər lenti

"İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub" -  Sahibə Qafarova
Siyasət07:14 07.04.2023

"İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub" -  Sahibə Qafarova

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bəyanat qəbul edilib".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib.
"Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan edən Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsraildə səfirliyinin açılmasından narahat olur", deyə spiker qeyd edib.
 
Qafqaz Rafiqoğlu