İranın prezidenti İbrahim Rəisiyə Sənəndənc şəhərinə səfəri zamanı şokolad təklif edilib.
Qaynarinfo xəbər verir ki, Rəisi bu barədə Tələbələr Günündə Tehran Universitetində çıxışı zamanı bildirib.
İran prezidenti qeyd edib ki, həmin şəxs ictimai qınaqla üzləşib: "Kürdüstanda bir kişi mənə şokolad təklif etdi. Ona nələr etdilər. Bu doğrudurmu? Diktaturadan danışırlar, bu hadisəyə baxın, indi diktator kimdir?”.
Kürdüstan bölgəsi İrandakı etiraz dalğasında ən fəal region hesab edilir. Məcburi hicab qanunu pozma ittihamı ilə əxlaq polisi tərəfindən saxlanılan və polis bölməsində dünyasını dəyişən 22 yaşlı Məhsa Əminin kürd əsilli olması bölgənin bu hadisəyə etiraz olaraq keçirilən aksiyalarda daha çox fəallıq göstərməsini şərtləndirən amildir.
İranlı fəallar bildirir ki, bu baxımdan, Sənəndəncdə İbrahim Rəisiyə şokolad təklif edilməsi Kürdüstan bölgəsində qınağa səbəb olub. İş o yerə çatıb ki, Rəisiyə şokolad təklif edən ticarətçi bu əməlinə görə xalqdan üzr istəyib.
İran prezidenti isə həmin şəxsin təzyiqlər nəticəsində bu addımı atdığını deməklə, olayı avtoritar təfəkkürün təzahürü kimi qiymətləndirməklə teokratik rejimin daha liberal olduğu barədə rəy yaratmağa çalışır.
Yeri gəlmişkən, Rəisi Tehran Universitetindəki görüşündə əsasən hakimiyyətə yaxın tələbələr və "Bəsic” üzvləri cəlb edilib.
Seyid
Şərhlər