Xəbər lenti

İran səfiri sərhədin bağlanmasından danışdı
Ölkə13:15 14.11.2013

İran səfiri sərhədin bağlanmasından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Möhsün Pak Ayin bu cür hadisələrin qarşısını almaq üçün iki tərəf arasında müvafiq sazişin lazım olduğunu deyib


“Sərhədin bağlanmaması üçün tərəflər arasında saziş olmalıdır”. ANS PRESS-in məlumatına görə, bunu APA-ya müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. Səfirin fikrincə, bu cür hadisələrin qarşısını almaq üçün iki tərəf arasında müvafiq saziş olmalıdır:

“Yaxşı deyil ki, hər hansı nəqliyyat vasitəsinə görə iki ölkə arasında sərhədlər bağlansın, problemlər yaransın. Buna görə, bizim aramızda saziş, anlaşma memorandumu və ya buna bənzər bir sənəd olmalıdır”.

Möhsün Pak Ayin əlavə edib ki, hər iki tərəf sərhəddin bağlanması ilə bağlı məsələni həll etməkdə maraqlıdır. Səfir məsələ ilə əlaqədar müvafiq qurumlarla görüşlər keçirildiyini və görüşlərdə problemin tezliklə həll olunması istəyinin ifadə olunduğunu da bildirib.


Qaynar.info