İranın sənayə nazirinin müavini Əlirza Peyman Pak Rusiyaya səfəri zamanı tərəflər ticarət tarifinin sıfıra endirilməsi və birgə avtomobil istehsalı ilə bağlı danışıqları yekunlaşdırıblar.
Qaynarinfo bu bərədə ILNA agentliyinə istinadən xəbər
verir.
Məlumata görə, bu Moskvada, İran sənayə nazirinin müavini Əlirza Peyman Pak və Rusiyanın mənzil-tikinti naziri Fayzulin, Avrasiya İqtisadi İttifaqının ticarət naziri Slipnyev və Rusiyanın "Autabas” şirkətinin baş direktoru, keçmiş nəqliyyat naziri Maksim Sokolov ilə görüşüb.
Tərəflər həmçinin müştərək sənaye zonalarının tikintisi, o cümlədən mövcud yaşayış məntəqələrindən azad ticarət və birgə istehsal üçün məsələləri müzakirə ediblər.
Qeyd edilir ki, indiyədək bir neçə növ Rusiya avtomobili, elcə də "Kamaz” şirkətinin yük avtomobilləri İranda yığılıb, həmçinin İranın "İran Khodro” və "Saipa ə” şirkətlərinin avtomobilləri də Rusiyada istehsal olunub.
İki ölkənin yeni birgə avtomobilinin texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilməyib. Lakın Bu müştərək avtomobilin mümkün bazarları İran və Rusiyadan başqa, Qafqaz ölkələrinin, o cümlədən Azərbaycan və həmçinin Pakistan və İraq kimi ölkələrə işarə olunub.
M.Arif