Xəbər lenti

İran və Rusiya XİN başçıları “3+3” formatını müzakirə etdi
Siyasət18:51 10.10.2023

İran və Rusiya XİN başçıları “3+3” formatını müzakirə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oktyabrın 10-da İran tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
APA Rusiya XİN-ə istinadən xəbər verir ki, nazirlər Fələstin-İsrail münaqişəsinin növbəti gərginləşməsini vurğulayaraq, Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Silahlı qarşıdurmanın tezliklə dayandırılmasının və vəziyyətin beynəlxalq hüquqi əsaslarla həllinin vacibliyi vurğulanıb.
Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı mövcud vəziyyəti də müzakirə ediblər.
Nazirlər Cənubi Qafqaz üzrə "3+3” formatı çərçivəsində birgə işlərin tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını bildiriblər.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran ikitərəfli əməkdaşlığın bir sıra məsələlərinə toxunulub