Xəbər lenti

Dünya 16:22 08.01.2024

İran XİN: "Tehranın Cənubi Qafqazdakı vəziyyətlə bağlı dəqiq mövqeyi var"

"İran Cənubi Qafqazdakı vəziyyət və tranzit dəhlizləri ilə bağlı konkret mövqedən çıxış edir". 

Qaynarinfo İRNA-ya isrinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib.

"Biz regionda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün böyük səylər göstəririk. Vurğulayırıq ki, tranzit əməkdaşlığının inkişafı geosiyasi dəyişikliklərə və ölkələrin ərazi bütövlüyünün və milli suverenliyinin pozulmasına əsas ola bilməz", deyə XİN rəsmisi qeyd edib.

Qeyd edəki, İran XİN rəsmisi bu barədə Türkiyənin nəqliyyat naziri infrastruktur nazirinin Zəngəzur dəhlizi  ilə bağlı açıqlamasından sonra danışıb. Ötən gün Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bildirmişdi ki, Türkiyə Zəngəzur dəhlizi adlandırılan layihənin 2029-cu ilə qədər həyata keçməsini gözləyir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->