Dünya 16:26 11.09.2023

İran yaxın və uzaqmənzilli raketləri Rusiyaya ötürməyi planlaşdırır – Mossad

Mossad direktoru David Barnea bildirib ki, İran "Şahed”lərdən əlavə Rusiyaya yaxın və uzaq mənzilli raketlər vermək niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Times of Israel” məlumat yayıb.

O, İranın müharibə zamanı Rusiyanı raketlərlə təmin etmək cəhdlərinin qarşısının alındığını desə də, ətraflı açıqlama verməyib.

"Mən hiss edirəm ki, digər sövdələşmələr də yaxın gələcəkdə baş tutacaq", - israilli kəşfiyyatçı deyib. 

Barnea bunun müqabilində Rusiya Federasiyasının iranlılara çatışmayanları verəcəyindən ehtiyat etdiyini bildirib: "Müasir silahlar, şübhəsiz ki, sülhümüzü və bəlkə də burada mövcudluğumuzu təhdid edəcək”.

Xatırladaq ki, aprelin sonunda "The Wall Street Journal” qəzetinin yazdığına görə, İran son altı ayda yük gəmiləri vasitəsilə Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyona yaxın patron çatdırıb.

KİV-in məlumatına görə, Ukraynaya qarşı genişmiqyaslı müharibə üçün silah müqabilində Rusiya İrana kibersilahlar, "döyüş meydanında ələ keçirilmiş” Qərb silahları verir və raket proqramının inkişafına kömək edir.

Nizami Bağırov