Xəbər lenti

İranda baş verən zəlzələ Azərbaycanda hiss edilib
Ölkə06:56 26.11.2018

İranda baş verən zəlzələ Azərbaycanda hiss edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda baş verən zəlzələ Azərbaycanda da hiss olunub.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
Onun sözlərinə görə, zəlzələ İran və İraq sərhədində baş verib:
"Mərkəzin ölkə ərazisində yerləşən stansiyalarında zəlzələ qeydə alınıb. Lənkəranda yeraltı təkanlar zəif hiss olunub. Amma biz birmənalı şəkildə deyə bilmərik ki, ölkə ərazisində zəlzələ olacaq, yoxsa yox”.
Vüsalə Rafiqqızı qeyd edib ki, Azərbaycan seysmik baxımdan aktiv zonadır.
Qeyd edək ki, ölkə ərazisində Şimal, Şimal-qərb zonası, Xəzər dənizi, Şamaxı-İsmayıllı ərazisi, xüsusi ilə də cənubda Talış dağlıq hissəsi seysmik aktiv bölgələrdə yerləşir. Ona görə həmin ərazilərdə hiss olunan və olunmayan təkanlar baş verir.