
İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Kazım Cəlali Tehranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazır olduğunu bildirib.
Bu barədə IRNA agentliyi məlumat verir.Cəlali deyib: "Hesab edirik ki, münaqişə siyasi yolla, region ölkələri və bu regiona yaxın olan qonşu ölkələr tərəfindən nizamlanmalıdır". Onun sözlərinə görə, münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən İran təbii ki, bu məsələyə regionun digər ölkələrindən daha həssaslıqla yanaşır.//trend
Qaynar.info