Xəbər lenti

İranın mini geyinən, siqaret çəkən, "Kalaşnikov" gəzdirən qızları - FOTOLAR
Maqazin15:12 05.03.2016

İranın mini geyinən, siqaret çəkən, "Kalaşnikov" gəzdirən qızları - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İndi İran küçələrində başı açıq, yaxud tam örtünməyən qızları, sosial şəbəkələrdə isə daha açıq-saçıq geyimdə əylənən yerdə çəkilmiş fotoları daha tez-tez görmək olar.
Qaynar.info virtualaz.org-a istinadən bildirir ki, lenta.ru portalı iranlı fotoqraf Hüseyn Fateminin çəkdiyi kadrlar əsasında qonşu ölkədən mənzərələri dərc edib.

Həmin fotoları təqdim edirik.
İran
İranlı tələbə qız. Tatu bu ölkədə qadağan olunsa da, hamını bu işdən saxlaya bilmir.
İran
16 uşağın qatilinin edamı. Səhra vampiri kimi məşhur olan Məhəmməd Bice 16 oğlan uşağının zorlanması və öldürülməsinə görə 100 şallaq və edam cəzasına məhkum edilib. Onun edamını izləyən kütlə ip çəkilən zaman bunu alqışlamışdı.
İran
İranda qadınlara ictimai yerlərdə siqaret çəkmək qadağandır, lakin bu qayda da tez-tez pozulur.
İran
Digər ölkələrdəki yaşıdları kimi, bir çox iranlı yeniyetmələr breyk-dansla maraqlanırlar.
İran
Parada hazırlanmış qadın-bəsiclər və AK-47. "Bəsic" - hökumət tərəfdarı olan hərbiləşdirilmiş könüllülər dəstəsidir. Bu hərəkat 1979-cu ilin noyabrında İslam inqilabının lideri ayətullah Xomeyni tərəfindən yaradılıb.
İran
Gənc adam Tehranın Şiraz parkında gitara çalır.
İran
Əməliyyatdan sonra burnu sarğılı qız. İran rinoplastika əməliyyatları üzrə dünya lideridir. Hər il İslam Respublikasında burnun formasının dəyişdirilməsi məqsədilə 200 min əməliyyat həyata keçirilir.
İran
Şirazda idman zalı. Qanuna görə, kişilər və qadınlar idmanla müxtəlif məkanlarda məşğul olmalıdırlar.
İran
İnsanın dostu. İslamda it natəmiz heyvan sayılır və buna görə də onları evdə saxlamaq qadağandır. Dördayaqlıların sahibləri ictimai yerlərdə itləri ilə birlikdə görünməməyə çalışırlar ki, polisin diqqətini cəlb etməsinlər.
İran
Gənclər Tehrandakı hovuzda əylənir və içki içirlər.
İran
Qadın alt paltarı mağazasında.
İran
Fotosessiya zamanı model.
İran
Eyvanda siqaret fasiləsi. Evdə iranlı qadınlar sərbəst ola bilərlər: siqaret çəkməyi, çiyinləri açıq geyimdə və başı açıq gəzməyi heç kim qadağan etmir.
İran
Tehranın damı kimi məşhur olan seyr meydançasında sevgili cütlük.
İran
Hərənin öz aləmi.
İran
Qadın gözəllik salonlarına kişilərin daxil olması qadağandır.
İran
Gənclər küçədə söhbət edərkən.
İran
Gizli rok-konsert.
İran
Kişi klubunda qadınlar bilyard oynayarkən. Halbuki, bu məkana qadınların girişi, qaydalara görə, qadağandır.
İran
İçkili qızlar əylənirkən. Qan qohumu, yaxud ər-arvad olmayan kişi və qadınlar bir-birlərinin yanında ola bilməzlər, içki içmək isə ümumiyyətlə, qadağandır. Buna baxmayaraq, həmin qaydaların pozulduğu əyləncə gecələri müasir İranda nadir hadisə deyil.
İran
Fahişə və onun müştərisi.