Siyasət 20:51 02.07.2022

İranın onlarla şəhərində təqaüdçülər kəfənlə etiraz aksiyasına çıxdı

İranın ondan çox şəhərində sosial təminat pensiyaçıları kəfən geyinərək etiraz aksiyası keçirib.

Qaynarinfo bu barədə "Indipendent" agentliyinin fars bölməsinə istinadən xəbər verir.

Sosial təminat təqaüdçüləri hüquqlarının bərpasını tələb və pensiya artımının az olmasına etiraz edir.

Aksiyalar ölkənin onlarla şəhərini əhatə edib. Belə ki, Ərak, İsfahan, Tehran, Kərəc, Şuş, Şüştər, Kirman, Əhvaz, Dezful, Zəncan və Sarı şəhərlərində etirazlar baş tutub.

Qeyd edək ki, Ali Əmək Şurası təqaüdçülərə 38 faiz artımın verilməsini tövsiyyə edib. Lakin  İbrahim Rəisi hökuməti yalnız 10 faiz artıma razılıq verib.

Aydın