Xəbər lenti

İranın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaqda məqsədi (ŞƏRH)
Siyasət08:15 09.09.2021

İranın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaqda məqsədi (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şanxay təşkilatı hansısa üçüncü qüvvələrə qarşı deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə İranın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasını dəyərləndirərkən deyib. Onun fikirincə, ŞƏT sadəcə, üzv dövlətlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır:
"İran öz təhlükəsizliyini təmin etmək məqsədi ilə onunla xoş münasibətdə olan Rusiya və Çinin əsas aparıcı qüvvəsi olan Şanxay təşkilatına qoşulur. Amerikanın, Qərbin, İsrailin onun ətrafında qurduğu təzyiq məkanından qurtulmaq istəyir. Tamamilə anlaşılan bir şeydir”.
Qeyd edək ki, sentyabrın 16-17-də Tacikistanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. Tədbir zamanı İranın ŞƏT-ə qoşulma prosedurunun başlandığı açıqlanacaq.
Bahar Rüstəmli