Xəbər lenti

İranın XİN rəhbərinin Azərbaycana səfərindən nə gözləmək olar?
Siyasət05:30 21.12.2021

İranın XİN rəhbərinin Azərbaycana səfərindən nə gözləmək olar?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Türkmənistan qazının İran vasitəsilə Azərbaycana ötürülməsi məsələsində razılıq əldə olunacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli İranın xarici işlər naziri Əmirhüseyn Abdullahianın azərbaycanlı həmkarı Ceyhun Bayramovun dəvətilə həftə sonu Bakıya olacaq səfərini dəyərləndirərkən deyib:
"Bu səfərdən gözləməli nələrsə var. Son zamanlar İranla münasibətlər normallaşıb. Bu fonda münasibətlərimizdə hətta açılımlar yaşana bilər. Söhbət iki ölkə arasında iqtisadi, eləcə də digər əlaqələrin möhkəmlənməsindən gedir. İran 3+3 formatına razılıq verərək, ora daxil olub”. 
 
Politoloqun fikrincə, səfərdə məqsəd iki ölkə arasında gələcək əməkdaşlığın yeni perspektivlərini müəyyən etməkdir: 
"İranın xarici işlər naziri əsasən məhz bu məqsəd üçün gəlir. Ümidvaram ki, həm Türkmənistan qazının İran vasitəsilə Azərbaycana ötürülməsi və digər iqtisadi layihələr barədə Tehranla razılaşma əldə etmək mümkün olacaq. Hər halda, nazirin ölkəmizə gəlməsi ümidverici addımdır. Güman edirəm ki, İran Azərbaycan münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq üçün imkanlar var və onlar bu imkanlardan istifadə edəcəklər”.
Rüfət Sultan