Ermənistan ağlabatan müddətdə sülh müqaviləsinin mətni ilə bağlı öz şərhlərini Azərbaycana təqdim edəcək.
Qaynarinfo
xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib və qeyd edib ki, əvvəllər İrəvan Bakıdan mətnin mütəmadi şərhlərini alıb.
Paşinyan yenidən bəyan edib ki, regionda dinc inkişafa alternativ yoxdur. Onun sözlərinə görə, sülh region ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təminat verə biləcək yeganə şeydir. Bu baxımdan, Qarabağda humanitar böhranın aradan qaldırılması aktual vəzifə olaraq qalır və Ermənistan bu istiqamətdə mümkün olan bütün səyləri göstərəcək.
Eyni zamanda, hökumət başçısı qeyd edib ki, sərhəddə vəziyyət gərgin olaraq qalır, Azərbaycan Ermənistanla sərhədin perimetri boyunca və Qarabağda qoşunların təmas xəttinə qoşun və texnikasını yeritməkdə davam edir.
Baş nazir xatırladıb ki, bir gün əvvəl Rusiya tərəfindən göndərilən humanitar yardım partiyası Xankəndiyə çatıb, lakin onun sözlərinə görə, bir avtomobil vəziyyətə ciddi təsir göstərmək iqtidarında deyil. Paşinyan qeyd edib ki, Ermənistandan, eləcə də Fransadan göndərilən humanitar yardımla yük maşınları Laçın dəhlizinin girişində, Kornidzor kəndi yaxınlığında qalmaqda davam edir.
Alpər