Xəbər lenti

İrəvan Parislə birləşib Aİ-nin səylərinə ləkə salmaq istəyir - Politoloq
Siyasət12:54 10.11.2022

İrəvan Parislə birləşib Aİ-nin səylərinə ləkə salmaq istəyir - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Parisə işgüzar səfərə gedib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
Qeyd olunur ki, səfər zamanı Mirzoyanın Fransanın xarici işlər naziri Ketrin Kolonna və digər Fransa rəsmiləri ilə görüşü nəzərdə tutulub.
Ermənistanın xarici işlər naziri Beşinci Paris Sülh Forumunda da iştirak edəcək.
Qaynarinfo-ya açıqlama verən politoloq İlqar Vəlizadə düşünür ki, Mirzoyanın Parisə olan bu səfəri İrəvanın Fransa ilə əlbir olub, Avropa İttifaqının sülh prosesindəki səylərinə ləkə salmağa hesablanıb:
"Ermənistan xarici işlər nazirinin bu səfəri həmin ölkənin fransayönümlü xarici siyasətinin təzahürüdür. Aydındır ki, Mirzoyan səfər gedişində təkcə sülh forumunda iştirak etməyəcək. Eyni zamanda, görüş əsasında Fransa ilə birlikdə anti-Azərbaycan addımların atılması istiqamətində müzakirələr də apara bilərlər. Brüssel görüşünün vaxtı təxirə salınsa da, gündəlikdədir. Aİ-nin səyləri göz önündədir.
Təəssüf ki, İrəvan Parislə əlbir olaraq Avropa İttifaqının səylərinə ləkə salmaq istəyir. Noyabrın ortalarında isə Fransa Senatı anti-Azərbaycan qətnamə qəbul edə bilər. Yəqin ki, Mirzoyan səfər gedişində həmin qətnamənin hansısa məqamları ilə bağlı fikir mübadiləsi də aparacaq. Yəni səfərdə əsas müzakirə obyekti birmənalı olaraq Azərbaycanla bağlı olacaq”.
Rüfət Sultan