"Noveir” aviaşirkəti oktyabrın 20-də İrəvan-Qafan-İrəvan marşrutu ilə daha iki qeyri-müntəzəm reysə icazə verməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə ərizə təqdim etmişdi
Erməni KİV-i xəbər verir ki, şirkət Mülki Aviasiya Komitəsinə təqdim etdiyi İrəvan-Qapan reysləri ilə bağlı müraciətini ləğv edib.
Məlumata görə, şirkət 2022-ci il yanvarın 20-dən sentyabrın 20-dək L410 təyyarəsi ilə uçuşlar həyata keçirməyi planlaşdırırdı.
"Şirkət noyabrın 16-da sorğunun ləğvi ilə bağlı vəsatət yazdığı üçün yuxarıda qeyd olunan müraciətə komitə tərəfindən baxılmayıb”, - deyə Mülki Aviasiya Komitəsindən bildirilib.
Xatırladaq ki, İrəvan-Qafan-İrəvan müntəzəm reysləri ilə bağlı məlumat noyabrın 11-də ortaya çıxıb. (modern.az)