Xəbər lenti

İrəvan Teatrı yeni mövsümün açılışına hazırlaşır
Sənət10:01 13.09.2022

İrəvan Teatrı yeni mövsümün açılışına hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrəvan Dövlət Azərbaycan Dram Teatrı 141-ci mövsümünü açacaq.
Teatrın Baş rejissoru Sərvər Əliyevin Qaynarinfo-ya verdiyi məlumata görə, teatr mövsümü Hidayətin "Bu dünyanın adamları” tamaşası ilə salamlayacaq. Baş rejissor kollektivin hazırda 2 əsərə müraciət etdiyini vurğulayıb:
"Şekspirin "Kral Lir" və Axundovun "Molla İbrahimxəlil Kimyagər" əsərləri üzərində məşq gedir. Bu ilin sonunadək hər iki əsəri hazırlayıb təhvil verəcəyik”.
Bahar Rüstəmli