Xəbər lenti

İrəvanda aksiya: Ermənilər deputatlarımızın yolunu kəsmək istədilər (VİDEO)
Siyasət13:08 21.02.2022

İrəvanda aksiya: Ermənilər deputatlarımızın yolunu kəsmək istədilər (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib. 
Qaynarinfo xəbə verir ki, aksiyaçılar beynəlxalq təşkilatın - AVRONEST-in iclasına mane olmaq istəyiblər. 
Bir qrup müharibə iştirakçısı "Zvartnots” hava limanına gedən yolu bağlayıb. Etirazçılar Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələr qurmasına qarşı olduqlarını ifadə ediblər.
Onlar "Biz türklərlə dost olmayacağıq!", "Türkiyəyə uçuşlar olmamalıdır” şüarları səsləndiriblər.
Qeyd edək ki, fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. İclasda Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər. Bu gün İrəvanda aksiya keçirən ermənilərin məqsədi onların gəlişinə etiraz etmək istəyi olub.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/CKcLVqx7WEw" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">