İrəvanda anti-Rusiya isterikası davam edir.
Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, 44 günlük müharibədən sonra Rusiyaya münasibəti dəyişən ermənilər artıq bu ölkənin sülhməramlılarının Qarabağdan çıxmasını tələb edir.
Bu tələb noyabrın 9-da hökumət evinin qarşısında keçirilən aksiyada səsləndirilib. Aksiyanı Xankəndi və Hadrutda yaşamış ermənilər keçirib. Onlar evsiz və işsiz qaldıqlarını bildirib, Ermənistan hökumətindən tədbir görməyi tələb edib. Bir qədər sonra isə aksiyada iştirak edən ermənilər artıq Rusiya əleyhinə də şüarlar səsləndiriblər.
Aksiya iştirakçılarından biri, özünü Hadrut sakini kimi təqdim edən İra Tamrazyan mediaya açıqlamasında deyib ki, əgər hazırda Qarabağda olsaydı, Xankəndidə küçəyə çıxaraq, Rusiya sülhməramlılarından öz vəzifələrini yerinə yetirmələrini tələb edərdi:
"Rusiya sülhməramlıları heç bir işlə məşğul olmurlar. Burada toplaşmış camaata müraciət edəcəm ki, hökumət binasının qarşısından Rusiya səfirliyinin önünə yığışaq. Orada biz ruslardan iş görmələrini tələb edəcəyik. Ya da çıxıb getsinlər və biz öz bildiyimiz kimi yolumuza davam edək”.
Bu arada Ermənistanın Qafan şəhərində yanacaqdoldurma məntəqəsinin işçisi ilə rus hərbçiləri arasında insident baş verib.
Erməni mediasında isə vaxtaşırı Rusiyanın əleyhinə materiallar dərc edilir. Bu materiallarda Kremlin İrəvanı satması, Ermənistana köhnə silahlar verərək aldatması vurğulanır.
Seyid