Xəbər lenti

İrəvanda etirazçılar parlamentin yaxınlığındakı prospekti bağladılar, çadırlar qurdular
Ölkə 17:07 10.06.2024

İrəvanda etirazçılar parlamentin yaxınlığındakı prospekti bağladılar, çadırlar qurdular

İrəvanda arxiyepiskop Baqrat Qalstanyanın və onun rəhbərlik etdiyi "Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Ermənistan Milli Assambleyasının binası yaxınlığında Marşal Baqramyan prospektini bağlayıblar. Etirazçılar Baqramyan və Dəmirçyan küçələrinin kəsişməsində çadırlar qurublar.

Qaynarinfo xəbər verir ki, "The İnsider” müxbiri orada 20-yə yaxın çadır sayıb.

Yol ayrıcında, eləcə də parlament binasını prospektdən ayıran hasar boyunca onlarla polis əməkdaşı, o cümlədən qalxanlarla növbə çəkir. 

"Azadlıq radiosu” xəbər verir ki, ötən gecə, iyunun 9-da minlərlə etirazçı parlament binasına doğru yürüş edib. Qalstanyan və tərəfdarları parlament ərazisinə daxil olmaq istəsələr də, polis onlara mane olub. Uzun sürən çəkişmələrdən sonra yalnız bir neçə müxalifət deputatına icazə verilib. "Biz nə qədər lazımdırsa, o qədər də burada dayanacağıq", - Qalstanyan deyib. Bəzi etirazçılar bütün gecəni parlamentin qarşısında keçiriblər. İyunun 10-da günorta saatlarında sonra yüzə yaxın insan çadır şəhərciyində qalıb. Xatırladaq ki, ötən gün Respublika meydanında, hökumət binasının yaxınlığında "Vətən naminə Tavuş” hərəkatının mitinqi keçirilib.

Qalstanyan tərəfdarlarını növbəti dörd gün ərzində gecə-gündüz etiraz aksiyası keçirməyə çağırıb, parlamentin Nikol Paşinyan hökumətinə etimadsızlıq səsverməsi ilə bağlı səsverməni keçirməsini tələb edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->