Xəbər lenti

İrəvandakı aksiyanın təşkilatçıları kütləvi aclıq aksiyasına başladığını elan etdi
Dünya 14:45 21.09.2023

İrəvandakı aksiyanın təşkilatçıları kütləvi aclıq aksiyasına başladığını elan etdi

"Bütün din xadimləri, o cümlədən bütün ermənilərin katolikosu II Qaregin, ziyalıların nümayəndələri, elm, mədəniyyət xadimləri, idmançılar bu mübarizəyə qoşulmalıdırlar. Onların hamısı bu mübarizənin bir hissəsi olmalıdır. Aksiyanın məqsədi cəmiyyətin bütün bu təbəqələrinə birləşdirməkdir".

Qaynarinfo xəbər verir ki, bu sözləri İrəvanda paşinyana qarşı keçirilən aksiyanın təşkilatçısı, parlament yaxınlığında aksiyanı təşkil edən Demokratik Konsolidasiya Partiyasının sədri Suren Petrosyan kütləvi aclıq aksiyasına başladığını elan edərək deyib.

O əlavə edib ki, bundan sonra hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq konkret və çevik addımlar təqdim olunacaq.
"Alternativi olmayan və uğura aparan hərəkətlər olacaq. İndi həlledici məqamdır, ona görə də sizdən qoşulmağınızı xahiş edirəm", - deyə o yekunlaşdırıb.

Aksiya iştirakçıları aclıq aksiyası keçirmək niyyətində olduqları İrəvnanın mərkəzində Qaregin Njdenin abidəsi önündən keçiblər.

Artıq iki gündür ki, İrəvanın mərkəzində etiraz aksiyaları keçirilir. Etirazçılar hakimiyyətin Qarabağla bağlı siyasətindən narazıdırlar və baş nazir Nikol Paşinyanın və onun bütün komandasının istefasını tələb edirlər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->