Xəbər lenti

İREX-in ofisində axtarış və müsadirə
Ölkə16:31 05.09.2014

İREX-in ofisində axtarış və müsadirə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün günün ikinci yarısında prokurorluq işçiləri Amerikanın İREX təşkilatının ofisinə gəliblər.

"Qafqazinfo" saytı "Turan"a istinadən xəbər verir ki, onlar məhkəmə qərarı göstərərək, avadanlıqları – bütün elektron daşıyıcıları, habelə bu QHT-nin sənədlərini müsadirə etməyə başlayıblar.

Prokurorluq işçiləri cümə günü saat 11.00-da ofisə gəliblər, saat 17.00-da sənədlərin müsadirəsi davam edirdi.

İREX-dən şərh almaq mümkün olmayıb, təşkilatın telefonları cavab vermir.

Baş Prokurorluğun mətbuat xidmətindən də şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, iyulda İREX-in bank hesabları dondurulub, təşkilat nümayəndəliyinin rəhbəri isə ölkəni tərk edib.

Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində may ayından etibarən bir sıra yerli və xarici QHT-lərə qarşı cinayət işi aparılır. Bu iş çərçivəsində artıq dörd hüquq müdafiəçisi həbs edilib.

Qeyd edək ki, İREX Azərbaycan KİV və QHT-ləri üçün əsas xarici donorlardan biridir.

Qaynar.info