Xəbər lenti

İş adamları “OBA”da (FOTOLAR)
Foto 15:43 06.12.2023

İş adamları “OBA”da (FOTOLAR)

AKİAB iş adamları klubu üzvləri "OBA” marketlər şəbəkəsinin baş ofisində qonaq olub.

Qaynarinfo xəbər verir ki, şirkətin İdarə Heyətinin üzvü, Marketinq direktoru Hikmət Əliyev tərəfindən qarşılanan qonaqlar əvvəlcə "OBA Market” MMC-nin yeni
istifadəyə verilən ofisi və əməkdaşları ilə tanış olublar. Daha sonra AKİAB üzlərinə "OBA Market” MMC-nin fəaliyyət istiqamətləri, uğurlu layihələri haqqında məlumat verilib, yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsi 7000-ə yaxın əməkdaşı ilə vətəndaşlara xidmət etməkdən qürur
duyur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->